Əvəz Zeynallının 2-ci Fəxri Xiyabanda dəfni ilə bağlı MÜRACİƏT - Xanımından AÇIQLAMA

Mərhum jurnalist Əvəz Zeynallının 2-ci Fəxri xiyabanda dəfn olunması ilə bağlı müraciət edilib.

Sep 28, 2026 - 14:17
Əvəz Zeynallının 2-ci Fəxri Xiyabanda dəfni ilə bağlı MÜRACİƏT - Xanımından AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qisuri bildirib.

“Əvəz Zeynallının 2-ci Fəxri Xiyabanda dəfn olunması ilə bağlı müraciət ermişik və cavab gözləyirik”, -  Məlahət Qisuri qeyd edib.

Qeyd edək ki, bu gün dünyasını dəyişən Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Mərhum jurnalist 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan Əvəz Zeynallı Türkiyədə və Azərbaycanda müalicə alırdı.

Səlcuq