Müctəba Xamenei geydir, ləqəbi isə... - Tramp elə bir açıqlama verdi ki... + DETALLAR
“İranın yeni Ali Rəhbəri Müctəba Xamenei geydir”.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə martın əvvəlində ABŞ-nin nüfuzlu "New York Post" nəşri çıxış edib.
Məqalədə bildirilib ki, bu məlumatı ABŞ Prezidenti Donald Trampa CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) verib. Tramp məlumatı eşidəndə əvvəlcə təəccüblənib, sonra gülüb.
“FOX News” isə müsahibə zamanı Donald Trampdan bu məlumatın doğru olub-olmadığını soruşub. ABŞ prezidenti məlumatı təsdiqləyib:
"Bəli, bunu mənə dedilər, amma bu məlumatı yalnız onların dediyini düşünmürəm. Düşünürəm ki, bir çox insan bunu deyir və bu da onu (Müctəba Xamenei-red) həmin ölkədə pis başlanğıca sürükləyir". (Çünki İranda homoseksualizmin cəzası ölümdür)
“The Post” nəşri isə bu məlumatın iki kəşfiyyat rəsmisi və Ağ Evə yaxın mənbə tərəfindən təsdiqləndiyini bildirib. Onlar qeyd ediblər ki, bu, dezinformasiya deyil, etibarlı mənbədən əldə edilmiş kəşfiyyat məlumatıdır.
Mənbələrdən ikisi bildirib ki, kəşfiyyat məlumatlarında yaşlı atasının qapıçısı işləyərkən "xalatların arxasındakı güc" ləqəbini qazanan Müctəba Xameneinin uşaq vaxtı ona dərs deyən kişi müəllimlə uzunmüddətli intim münasibəti olub. Digər məlumatda isə həmin şəxsin əvvəllər Xamenei ailəsinə xidmət etdiyi təsdiqlənib.
“The Post” yazır ki, Əli Xamenei sağlığında oğlunun şəxsi həyatı ilə bağlı ciddi narahatlıq keçirib. Ata Xameneidə Müctəba Xameneinin rəhbərlik qabiliyyəti barədə şübhələr mövcud olub.
Mənbələr əlavə ediblər ki, Müctəba Xameneinin şəxsi həyatı ilə bağlı iddialar İran Prezidenti İbrahim Rəisinin 2024-cü ilin mayında helikopter qəzasında ölümündən sonra daha geniş yayılmağa başlayıb.
Xatırladaq ki, 2008-ci ilə aid, sonradan “WikiLeak”s tərəfindən dərc olunmuş məxfi diplomatik sənəddə Müctəba Xameneinin Böyük Britaniyada impotensiyadan (cinsi zəiflik) müalicə aldığı bildirilib. Sənəddə onun təxminən 30 yaşında ailə qurduğu və tibbi müalicədən sonra övlad sahibi olduğu qeyd olunub.
Banu