Türkiyənin əfsanəvi aktyoru təcili xəstəxanaya yerləşdirildi – Toyuqdan zəhərlənib + FOTO
Türkiyənin və “Yeşilçam”ın əfsanəvi aktyoru Mahmut Cevher təcili xəstəxanaya yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, ustad aktyor yediyi toyuqdan zəhərlənib. Hadisə Cevherin "Al Beni Baba" filminin çəkilişləri üçün getdiyi Çorumda baş verib.
Toyuq yedikdən sonra vəziyyəti ağırlaşan aktyor xəstəxanaya aparılıb. Həkimlər Cevhere zəhərlənmə diaqnozu qoyub və cəld müdaxilə ediblər.
Xəstəxananın yaydığı məlumatda aktyorun durumunun normal olduğu lakin istirahət etməli olduğu bildirilib.
Qeyd edək ki, Mahmut Cevher son dəfə “Uzak Şehir” serialında “Mahmut ağa” obrazını canlandırıb.
Banu
Fotoda: Mahmut Cevher