Türkiyənin məşhur aktyoru 10 illik həbs olunacaq - FOTOLAR

Türkiyənin məşhur aktyoru, şoumen Şahan Gökbakarın Marmarisdəki evinin qarşısındakı qanunsuz tikili sökülüb.

Jul 11, 2025 - 18:47
Jul 11, 2025 - 19:02
Türkiyənin məşhur aktyoru 10 illik həbs olunacaq - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, tikilinin sökülməsinə səbəb məhkəmə qərarıdır.

Məlumata görə, Gökbakar 2018-ci ildə Marmarisin Delikyol məhəlləsində aldığı evin qarşısında sahildə icazə almadan körpü tikdirib. Muğla Ekologiya və Şəhərsalma Müdirliyi son illərdə apardığı araşdırmada körpünün qeyri-qanuni olduğunu müəyyən edib və sökülməsinə qərar verib.

Hazırlanan iddianamədə Şahan Gökbakar, Togan Gökbakar, Çağrı Özeren və Osman Bayındıra “Mədəni və Təbii İrsin Qorunması haqqında” qanunu pozmaq və şəhəri çirkləndirmək ittihamı ilə üç ildən on ilədək həbs cəzası istənilib. İddianamə Marmaris Asliye Cəza Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Şahan Gökbakar daha çox “Recep İvedik” obrazı ilə məşhurlaşıb.

Banu