Uitkoffun Putinə təqdim etdiyi 6 bəndlik sülh planı mətbuata sızdı - 49 illik fasilə?
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən Moskvada Rusiya prezidenti Vladimir Putinə 6 bəndlik sülh planı təqdim edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşanın “Onet” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
"ABŞ-nin təkliflərini aşağıdakıə kimi qruplaşdırmaq olar: Ukraynada sülh deyil, atəşkəs əldə edilməsi, Rusiyanın işğalı altına keçən ərazilərin de-fakto tanınması (bu məsələninin müzakirəsi 49 və ya 99 il təxirə salınır) və anti-Rusiya sanksiyalarının əksəriyyətinin ləğvi”, – Qərb nəşrindəki məqalədə iddia olunur.
Plan həmçinin enerji sahəsində əməkdaşlığın, o cümlədən Rusiya qazı və neftinin uzunmüddətli tədarükü də daxil olmaqla, əməkdaşlığın bərpasını tələb edir. NATO-nun genişləndirilməyəcəyinə zəmanət verilir. Həmçinin ABŞ-nin Ukraynaya hərbi dəstək verəcəyi də plana daxildir.
Moskva və Vaşinqton hələlik iddia ilə bağlı mövqe bildirməyiblər.
Xatırladaq ki, Vladimir Putinlə Stiv Vitkoff arasında görüş avqustun 6-da Kremldə baş tutub . Bağlı qapılar arxasında aparılan söhbətin üç saat davam etdiyi bildirlir.
Oğuz