Ukrayna dronları Rostovu vurdu - HÜCUMUN GÖRÜNTÜSÜ
Ukrayna pilotsuz uçuş aparatlarının Rostov vilayətinə gecə hücumu Kamenski rayonundakı “Atlas” neftbazasının yanması ilə nəticələnib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb
Bu, Ukrayna dronlarının həmin neftbazaya üçüncü hücumudur. Əvvəlki hücumlar avqustun 3-də və 28-də baş verib.
“Astra” və “Baza” teleqram kanalları yanğının videogörüntülərini yayımlayıb. Şahidlər bundan əvvəl güclü partlayış olduğunu bildiriblər.
Qeyd edək ki, bu şirkət neft məhsullarını tədarük edir, o cümlədən Rusiya ordusunu təchiz edir.
Rostov vilayətinin hakimiyyətindən bildirilib ki, yanğının söndürülməsinə 100-dən çox insan və 38 texnika cəlb olunub. Rəsmi xəbərdə sənaye obyektində baş verən yanğından bəhs edilir.
Xatirə SADİQ