Ukrayna lideri Makron və Veverlə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Brüsseldə Belçika baş naziri Bart de Vever və Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Mar 6, 2025 - 17:15
Ukrayna lideri Makron və Veverlə görüşdü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenskinin sözçüsü Nikiforov məlumat yayıb.

Zelenski qeyd edib ki, sülhün yaxınlaşması üçün Avropa planının hazırlanması barədə belçikalı baş nazirə məlumat verib və onu bu işdə iştiraka dəvət edib.

“Danışıqlar zamanı xüsusi diqqət müdafiə ehtiyaclarına - ilk növbədə onlar üçün artilleriya sistemlərinin və mərmilərin tədarükünə, eləcə də bizim Ukraynaya, uzun mənzilli pilotsuz təyyarələrin və raketlərin istehsalına yönəldi. Onlar cəbhədə öz səmərəliliyini sübut ediblər və biz bu üstünlüyü birlikdə gücləndirməliyik. Ukraynanın Avropa İttifaqına inteqrasiyasını da müzakirə etdik”, – deyə Zelenski əlavə edib.

Zelenskinin sözçüsü bildirib ki, hazırda Ukrayna prezidentinin fransalı həmkarı ilə görüşü davam edir.

Xatirə SADİQ