Ukrayna prezidenti Putini “Kremldəki xəstə” adlandırdı
“Təcavüzkar ölkə Rusiya Ukraynanı atəşə tutduğuna və müharibəni davam etdirdiyinə görə beynəlxalq ictimaiyyətdən sərt cavab almalıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski iyunun 20-də Telegram-da bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya işğalçıları gecə saatlarında dronlarla Xarkov və Odessaya zərbələr endiriblər, nəticədə uşaqlar və xilasedicilər də daxil olmaqla bir nəfər ölüb, onlarla yaralı var.
“Bu gecə Ukrayna boyunca ümumilikdə 86 pilotsuz uçuş aparatı buraxılıb. Onların əksəriyyəti Rusiya-İran “Şahed”ləri olub. Yaşayış binaları, adi bizneslər, mülki infrastruktur və avtomobillər yenidən yandırılıb. [...] Rusiya xalqımıza qarşı məqsədyönlü şəkildə hədəflənmiş terror taktikasını davam etdirir”, - deyə Ukrayna prezidenti vurğulayıb.
Onun fikrincə, təcavüzkar ölkə xüsusilə bu taktikaya görə bütün Rusiyaya və onun müharibəni davam etdirmək imkanlarına nəzərəçarpacaq dərəcədə təsir edəcək güclü cavab almalıdır.
“G7 ölkələri və Avropa İttifaqı (Aİ) resepti bilir: güclü təzyiq, enerjiyə və “kölgə” donanmasına qarşı sanksiyalar, Rusiya neftinə 30 dollarlıq qiymət həddi. Kremldəki xəstələr müharibəni maliyyələşdirmək imkanından nə qədər tez məhrum olsalar, Ukraynada bir o qədər çox insan həyatını xilas edə bilərik”, - deyə Zelenski əminliklə bildirib.
Xatirə SADİQ