“Ukraynadakı bu alay Belarusda sabitliyi pozmağa hazırlaşır” – Sergey Narışkin

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Böyük Britaniyanın Mİ-6 kəşfiyyat xidməti Belarusda “Kalinovski adına alay”dan istifadə etməyi planlaşdırır”.

Nov 26, 2024 - 13:22
“Ukraynadakı bu alay Belarusda sabitliyi pozmağa hazırlaşır” – Sergey Narışkin

SAVASHMEDİA.az xəbər verir ki, bunu MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin Moskvada keçirilən toplantısında Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib. 

Onun sözlərinə görə, muzdluların köməyi ilə Belarusda seçkilərə qədər sabitliyi pozmağı planlaşdırırlar.

“MKİ və Mİ6 gələn il keçiriləcək prezident seçkilərini nəzərə alaraq, Belarusda sabitliyi pozmaq üçün “Kalinovski alayının” kollaborantlarından istifadə etməyi hesablayıblar”, - Narışkin qeyd edib.

O qeyd edib ki, hazırda muzdlular Ukrayna Silahlı Qüvvələrinin tərkibində Rusiya Könüllülər Korpusu (Rusiyada terror təşkilatı kimi tanınıb) və Gürcüstan legionu (həmçinin terrorçu kimi tanınan və Rusiyada qadağan edilmiş hərbiləşdirilmiş qüvvə) kimi döyüşürlər. 

Kastus Kalinovski alayı 2022-ci ilin martında yaradılıb və Belarus könüllülərindən ibarətdir. Alay öz missiyasını Belarusun azad edilməsinin Ukraynanın azad edilməsindən keçməsində görür. 

“TASS”ın məlumatına görə, birləşməyə 2020-2021-ci illərdə Belarusda baş verən etiraz aksiyaların iştirak etmiş şəxslər daxildir.

Belarus Ali Məhkəməsi “Kalinovski adına alay”ı ekstremist birləşməsi elan edib.

Prezident Aleksandr Lukaşenko hesab edir ki, onlar təkcə rəqiblər deyil, Ukraynanı müdafiə edən və sonra öz ölkələrində döyüşməyə hazırlaşan “Belarus düşmənləri”dir.

21 noyabr 2024-cü ildə “Kalinovski alayı”nın tərkibində Ukraynada döyüşmüş Vasili Veremeyçik Vyetnamdan Belarusa ekstradisiya edilib. 

Xatirə SADİQ