Ukraynalı jurnalist Bakıdakı Xalça Muzeyinə heyran qalıb

Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon Azərbaycana səfəri ilə bağlı həmyerlilərinə məlumat verməkdə davam edir. 

Jul 30, 2025 - 15:58
Ukraynalı jurnalist Bakıdakı Xalça Muzeyinə heyran qalıb

SAVASHMEDİA.az xəbər verir ki, bu dəfə jurnalist öz telegram kanalında Bakıdakı Xalça Muzeyindən video və fotoları paylaşıb. 

Görüntülərin birində azərbaycanlı xalça ustası ukraynalı jurnalistə xalça toxumağln üsulunu nümayiş etdirir və sonra Qordona xalçaya ilmə vurmağı təklif edir. Xalçaya ilmə vurduqdan sonra heyranlığını ifadə edən Qordon zarafat da edir: “Vəssəlam, mən artıq işləyə bilərəm”.  

Sonra jurnalist tamaşaçılarına müraciət edib deyir ki, xalçanın toxunması musiqi ritmini xatırladır.

Qeyd edək ki, Dmitri Qordon fotolarından birini Qarabağın xalça xəritəsi önündə çəkdirib. 

Xatirə SADİQ