Ukraynaya növbəti yardım tranşı ayrılacaq

“Ukraine Facility” proqramı çərçivəsində ilin sonuna qədər ümumi məbləği 50 milyard avro olan növbəti yardım tranşının Ukraynaya veriləcəyi açıqlanıb.

Oct 18, 2024 - 11:04
Ukraynaya növbəti yardım tranşı ayrılacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Brüsseldə Avropa İttifaqı (Aİ) sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

AK rəhbəri xatırladıb ki, mexanizm 4 il ərzində 50 milyard avro investisiyaları nəzərdə tutur. Bu, Ukraynanın islahat planının həyata keçirilməsinə uyğun olaraq 2024 – 2027-ci illəri əhatə edəcək.
 
"Biz əhəmiyyətli irəliləyiş görürük. Ukraynanın irəliləyişləri sayəsində biz artıq 12 milyard avrodan çox vəsait ayırmışıq. Biz gözləyirik ki, daha bir tranş ilin sonuna qədər ayrılacaq”, - deyə fon der Lyayen vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl avqust ayında AK “Ukraine Facility” proqramı çərçivəsində təxminən 4,2 milyard avro tranşı Ukraynanın hesabına köçürüb.

Xatirə SADİQ