Uraynaya 400 milyon dollarlıq yeni hərbi yardım verilir – Pentaqon rəhbəri

Co Bayden administrasiyası Ukraynaya 400 milyon dollar dəyərində yeni hərbi yardım paket ayırıb. 

Oct 21, 2024 - 17:02
Uraynaya 400 milyon dollarlıq yeni hərbi yardım verilir – Pentaqon rəhbəri

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevdə Ukrayna prezidenti ilə görüşdə bildirib. 

“Co Baydenin rəhbərliyi altında ABŞ Ukraynaya bu dəstəyi artırmağa davam edir. Bu gün mən Ukrayna üçün sursat, hərbi texnika və silahlar üçün prezident tərəfindən 400 milyon dollarlıq yardım paketinin ayrıldığını elan etmək istəyirəm", - Ostin bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden bu yaxınlarda Almaniya, Fransa və Britaniya liderləri ilə Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə etmək üçün Berlinə səfər etmişdi.

Xatirə SADİQ