Xalq artisti dələduzların qurbanı oldu – Moskvada 

Rusiyanın xalq artisti, “Moskva göz yaşlarına inanmır” filminin ulduzu Raisa Ryazanova dələduzların qurbanı olub.

Dec 6, 2024 - 12:14
Xalq artisti dələduzların qurbanı oldu – Moskvada 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aktrisa dələduzlara 4 milyon rubl pul verib.

Mənbələrin sözlərinə görə, hücum edənlər özlərini Federal Təhlükəzislik Xidmətinin (FTX) əməkdaşları kimi təqdim ediblər. Onlar aktrisaya adının Ukrayna Silahlı Qüvvələrinə sponsorluq edən şəxslərin siyahısına düşdüyünü söyləyiblər. Aktrisaya bildirilib ki, guya FTX-nin eks-əməkdaşı Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçərkən Ryazanovanın hesabından 30 milyon rubl silib.

Nəticədə aktrisadan Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etmədiyini sübut etməsi üçün 4 milyon rubl tələb edilib. Raisa Ryazanova nağd pul çıxarıb və pulu köçürərkən pin-kodunu deyib.

Aktrisa bir daha “FTX əməkdaşları” ilə əlaqə saxlaya bilməyəndə aldadıldığını anlayıb. 80 yaşlı sənətçi polisə müraciət edib.

Xatirə SADİQ