280 min insan evini tərk edib – Suriyada 

Suriyada şiddətlənən döyüşlər cəmi bir həftə ərzində təxminən 280 min insanı öz evindən didərgin salıb.

Dec 6, 2024 - 16:10
280 min insan evini tərk edib – Suriyada 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) təcili yardım koordinasiya bölməsinin rəhbəri Samer Abdel Caber jurnalistlərə bildirib ki, 27 noyabrdan bəri 280 min nəfərdən ibarət rəqəmə malikdirlər. 

“Bu rəqəmə son döyüşlər zamanı Livandan qaçan insanlar daxil deyil”, - deyə o, vurğulayıb. 

Abdel Caber qeyd edib ki, Ümumdünya Ərzaq Proqramı və digər humanitar təşkilatlar yardımları daşıya və ehtiyacı olan icmalara çata bilmək üçün təhlükəsiz marşrutlar yaratmağa çalışır.

Onun sözlərinə görə, məcburi köçkünlərin sayı 1,5 milyona çata bilər. “Vəziyyət bu sürətlə inkişaf etməyə davam edərsə, ümumilikdə bir milyon yarıma yaxın insanın evlərini tərk etmək məcburiyyətində qalacağını və dəstəyimizə ehtiyac duyacağını gözləyirik”.

Xatirə SADİQ