Ukrayna dronları Kerçə hücum etdi

Ukraynanın pilotsuz uçuş təyyarələri dekabrın 6-na keçən gecə ilhaq edilmiş Krımın Kerç şəhərinə hücum edib. 

Dec 6, 2024 - 12:08
Ukrayna dronları Kerçə hücum etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
 
“Krım küləyi” teleqram kanalının məlumatına görə, səhər 7-dən başlayaraq partlayış səsləri “Zaliv” gəmiqayırma zavodunun yerləşdiyi rayonda və Krım körpüsü tərəfdən eşidilib. 

Hadisədən sonra Krım körpüsü istiqamətində avtomobillərin hərəkəti dayandırılıb.  

Ukrayna tərəfi bu məlumatı şərh etməyib.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, gecə hava hücumundan müdafiə sistemləri Krım üzərində bir pilotsuz təyyarəni vurub. Bundan əlavə, yarımadaya hücum edən Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus iki pilotsuz təyyarə Qara dənizdə məhv edilib.
 
Xatirə SADİQ