Yarım stəkan için, şişkinlik, köp və mədə ağrısından qurtulun! 

Yemək yedikdən sonra yaranan şişkinlik, köp, mədə ağrısı və yanğısı çoxumuzun rast gəldiyi problemdir.

Mar 25, 2025 - 17:11
Yarım stəkan için, şişkinlik, köp və mədə ağrısından qurtulun! 

Bu da həzm sistemindəki pozuntular və ya yanlış qidalanma vərdişləri səbəbindən baş verir. Bu problemlərdən xilas olmaq üçün bəzi təbii üsullar var.

SAVASHMEDİA.az şişkinlik, mədə ağrısı və köpdən qurtulmaq üçün təbii üsulları təqdim edir:

Zəncəfil

Həzm dostu zəncəfil yeməkdən sonra şişkinliyin qarşısını alan təbii vasitədir. Zəncəfil mədəni sakitləşdirir və köpün qarşısını alaraq həzmi sürətləndirir.Bundan əlavə, ürəkbulanma, turşuluq və reflü kimi problemlərin qarşısını alır. Yeməkdən sonra yarım stəkan zəncəfil suyu və ya zəncəfil çayı içmək həzm prosesini tənzimləyir. 

Nanə

Nanə mədəni sərinləşdirir və sancıları azaldaraq köpü aradan qaldırmağa kömək edir. O həmçinin mədə turşusunu tarazlaşdıraraq yanma hissini də qarşısını alır.Nanə çayı həzm sistemini sakitləşdirir və yeməkdən sonra yaranan narahatlığı minimuma endirir. Yeməkdən sonra yarım stəkan nanə çayı içmək mədə və bağırsaqların boşalmasını sürətləndirir.

Limon

Limon da həzmi sürətləndirən ən təsirli təbii vasitələrdən biridir. Yarım limonun suyunu suya əlavə edib yeməkdən sonra içmək mədəni stimullaşdırır və həzmi asanlaşdırır.

Alma sirkəsi

Mədə turşusunu balanslaşdırır, həzmi asanlaşdırır və köp əmələ gəlməsinin qarşısını alır. Mədə yanğısının da qarşısını alaraq orqanizmi rahatlaşdırır. Bir stəkan suya bir neçə damcı alma sirkəsi əlavə edib yeməkdən sonra içmək lazımdır. 

Banu