Yaşar Nurinin vəfat edən qızı Vergi Xidmətində işləyirmiş

Mərhum Xalq artisti, aktyor Yaşar Nurinin vəfat edən qızı Ülviyyə Yaşarqızı vəzifəli şəxs imiş.

Nov 15, 2025 - 17:27
Yaşar Nurinin vəfat edən qızı Vergi Xidmətində işləyirmiş

O, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olub.

Ülviyyə Yaşarqızı qurumun Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində çalışıb. O, uzun illərdir müstəntiq vəzifəsində işləyirdi. 

Qeyd edək ki, 49 yaşlı Ü.Yaşarqızı gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. 

(yenisabah)