Zaxarovanın azadlıqlarını istədiyi ruslar Bakı həbsxanasında bunu etdilər - Mühafizəçilərlə...

Xəbər verdiyimiz kimi, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Azərbaycanla münasibətləri normallaşdırmaq üçün Bakıda saxlanılan rusları azad etməyə çağırıb. 

Sep 4, 2025 - 23:56
Sep 5, 2025 - 00:01
Zaxarovanın azadlıqlarını istədiyi ruslar Bakı həbsxanasında bunu etdilər - Mühafizəçilərlə...

Bundan sonra isə Rusiya mənbələrində Bakıda saxlanılan rusların həbsxanadakı durumundan bəhs edən materiallar dərc etməyə başlayıb.

"Mash" teleqram kanalı bildirib ki, məhbuslar onlara təqdim edilən yeməklərdən şikayətçi deyillər. 

İnformasiyada Bakıda saxlanılan ruslara ailə üzvləri ilə əlaqə qurmağa şəraitin yaradıldığı da qeyd olunub. Belə ki, məhbuslara həftədə iki dəfə yaxınları ilə görüşməyə icazə verildiyi bildirilib.

Teleqram kanalı Bakıda saxlanılan rusların əsas probleminə də diqqət çəkib. Onların qarşılaşdıqları çətinlik isə Azərbaycan dilini bilmədiklərinə görə yaranıb:

"Görüşlər həftədə iki dəfə keçirilir. Həbsxanada televizor var, yalnız bir Azərbaycan kanalına baxmaq olur. Sergey Sofronov və Anton mühafizəçiləri ilə rahat anlaşmaq üçün Azərbaycan dilini öyrənməyə başlayıblar. Bu, onların yerli televiziya kanallarını rahatlıqla izləmələrinə də yardımçı olur", - məlumatda qeyd olunub. 

Xatırladaq ki, Bakıda saxlanılan Rusiya vətəndaşları İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluqda ittiham olunurlar.

Oğuz