Zelenski amerikalılara Əfqanıstanı xatırlatdı - "Oradan da tələsik çıxmışdınız"

“Ukraynanın NATO-ya üzvlük məsələsini danışıqlar masasındakı potensial müddəalardan çıxarmaq olmaz, çünki bu, Əfqanıstan ssenarisinin təkrarlanmasına səbəb ola bilər”.

Feb 18, 2025 - 18:17
Zelenski amerikalılara Əfqanıstanı xatırlatdı - "Oradan da tələsik çıxmışdınız"

SAVASHMEDİA.az xəbəbr verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ARD telekanalına müsahibəsində deyib. 

“Mən heç kimin Əfqanıstan ssenarisinin təkrarlanmasında maraqlı olduğunu düşünmürəm. Bu, düzgün olmazdı. Mümkündür ki, bunu Əfqanıstanla o qədər də müqayisə etmək olmaz, lakin insan həyatına hörmətsizlik o zaman faciəyə gətirib çıxardı”, - deyə Zelenski xatırladıb.

O, əlavə edib ki, amerikalılar tələsik çıxıb gedəndə Əfqanıstanda nə baş verdiyini xatırlayırlar. 

Xatirə SADİQ