Zelenski Ərdoğandan elə bir şey istədi ki... - "Türkiyə bunu verə bilsə..."
“Biz təhlükəsizlik zəmanətlərinin ABŞ, Aİ, Türkiyə və bütün Avropa tərəfindən veriləcəyini gözləyirik”.
SAVASHMEDİA.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ankarada ölkəsinin yeni səfirliyinin açılış mərasimində çıxışı zamanı deyib.
“Bir ölkə olaraq sülh, müharibənin bitməsini istəyirik. Bununla belə, bu müharibənin sonunun müəyyən təhlükəsizlik zəmanətlərinə əsaslanmasını istəyirik”, - deyə Zelenski bildirib.
O, qeyd edib ki, Ukraynanın öz ərazi bütövlüyü və suverenliyindən heç vaxt güzəştə getməyəcək, çünki ölkə konstitusiyasına zidd hərəkət edə bilməz.
“Biz heç vaxt, heç bir halda müvəqqəti işğal olunmuş ərazilərimizi Rusiyanın bir hissəsi kimi tanımayacağıq. Onlar Ukraynanın bir hissəsidir. Türkiyə Ukraynaya lazımi təhlükəsizlik təminatlarını verə bilsə, Türkiyənin də bu prosesdə iştirakını istərdik”, - deyə Zelenski əlavə edib.
O, nəzərə çatdırıb ki, bu məsələlər onun prezident Ərdoğanla görüşündə də müzakirə olunacaq.
Xatirə SADİQ