Zelenski elçi ilə görüşdən ümidlənib 

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloqla görüşünü “ümidlərin bərpa edilməsi” kimi qiymətləndirib. 

Feb 21, 2025 - 11:08
Zelenski elçi ilə görüşdən ümidlənib 

SAVASHMEDİA.az bu barədə Ukrayna prezidentinin sosial şəbəkələrdə yayılmış videomüraciətinə istinadən xəbər verir. 

“General Kelloq – ümidi bərpa edən görüş, bizə Amerika ilə güclü razılaşmalar lazımdır – həqiqətən də işə yarayacaq razılaşmalar. Mən tez və çox-çox ölçülüb-biçilmiş şəkildə işləməyi tapşırmışam. İqtisadiyyat və təhlükəsizlik həmişə yan-yana getməlidir və razılaşmaların təfərrüatları önəmlidir: təfərrrüatlar nə qədər yaxşı yazılsa, nəticə də o qədər böyük olar”, - deyə Zelenski bildirib.

Ukrayna lideri elçi ilə danışdıqlarından bəhs edib: “General Kelloqla cəbhəni, Rusiya tərəfindən saxlanılan bütün məhbuslarımızı azad etmək zərurətini müzakirə etdik. Eləcə də müharibənin qayıtmaması və rusiyalıların həyatı sındırmaması üçün etibarlı və aydın təhlükəsizlik təminatları sisteminin zərurətini. Sülh dünyada hamıya – Ukraynaya, Avropaya, Amerikaya lazımdır”.

Xatirə SADİQ