Zelenski ölkəsinin Dayanıqlılıq Planını təqdim etdi

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada ölkəsinin on bənddən ibarət Dayanıqlılıq Planını təqdim edib.

Nov 19, 2024 - 16:10
Zelenski ölkəsinin Dayanıqlılıq Planını təqdim etdi

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski planla bağlı ölkə parlamentində çıxış edib.

Onun sözlərinə görə, plana həmrəylik (birinci), cəbhə (ikinci), silah (üçüncü), pul (dördüncü), enerji (beşinci), təhlükəsizlik (altıncı), icmalar (yeddinci), insan kapitalı (səkkizinci), mədəni suverenlik (doqquzuncu) və qəhrəmanlar siyasəti (onuncu) bəndləri daxildir.   

Bütün bəndlər barədə ətraflı danışan Zelenski əlavə edib ki, Ukrayna əksəriyyəti NATO üzvü olan tərəfdaş ölkələrlə təhlükəsizlik üzrə 27 ikitərəfli sazişi imzalayıb. 

“Və onlar Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyirlər. Bu rəqəm onu göstərir ki, bizi fundamental olaraq Alyansdan heç nə ayırmır. Yalnız gücün və siyasi iradənin kəsiri. Yeri gəlmişkən, Ukraynanın siyasi iradəsindən söhbət getmir. Və biz öz tərəfdaşlarımızı cəsarəıtli olmağa inandıracağıq””, - deyə Zelenski diqqətə çatdırıb. 

Xatirə SADİQ