Abxaziya “parlamenti” Bjaniyanın istefasını qəbul etdi

Abxaziyanin qondarma Xalq Məclisi (parlament) ölkə prezidenti Aslan Bjaniyanın istefasını qəbul edib.

Nov 19, 2024 - 16:08
Abxaziya “parlamenti” Bjaniyanın istefasını qəbul etdi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Apsnıpress” məlumat yayıb.

“Prezident”in səlahiyyətlərini müvəqqəti olaraq “vitse-prezident” Badra Qunba icra edəcək. Növbəti “prezident” seçkilərinin müddəti hələ təyin olunmayıb.

Xatırladaq ki, yerli hakimiyyət nümayəndələri ilə müxalifət arasında aparılan danışıqlar zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq Bjaniya istefa ərizəsini təqdim edib. Etirazçılar cavab olaraq ələ keçirdikləri hökumət binalarını boşaltmağa söz veriblər.

Xatirə SADİQ