"Zelenski Putinə baxıb gülürdü, kadrları prezidentə göstərdik" - Peskov

Kremlin sözçüsü Dmitri Peskov 2019-cu ilin dekabrında Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün “Normandiya formatı” sammitində baş vermiş olayı xatırlayıb.

Feb 16, 2025 - 17:12
Feb 16, 2025 - 17:14
"Zelenski Putinə baxıb gülürdü, kadrları prezidentə göstərdik" - Peskov

Sözügedən formatda Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin görüşü keçirilmişdi.

SAVASHMEDİA.az-ın xəbərinə görə, Dmitri Peskov üstündən illər keçməsinə baxmayaraq nədənsə həmin görüşdə Ukrayna prezidentinin özünü yöndəmsiz apardığını xatırlayıb.

O, bildirib ki, Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən sammitində Vladimir Zelenskinin qəzəbli şəkildə ona baxdığını görməsə də, sonradan həmin görüntülər ona göstərilib.

Yayılan videoda Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Almaniyanın o zamankı kansleri Angela Merkel və Vladimir Zelenski uzun masa arxasında yan-yana əyləşiblər. 

Putinin Minsk razılaşmalarına əməl etməyin zəruriliyi ilə bağlı çıxışı zamanı Zelenski əsəbi şəkildə üzünü yana çevirib və gülməyə başlayıb.

"Digər siyasətçilər özlərini layiqincə apardılar. Makron Putinə baxır və diqqətlə qulaq asırdı, Merkel ciddi üz ifadəsi ilə kağız parçasına qeydlər edirdi. Özünü yöndəmsiz aparan təkcə Zelenski idi. Putin görüntüləri sonradan gördü. O zaman bir masada oturduqlarından üzünü görə bilməmişdi”, - Peskov bildirib. 

Oğuz