Zelenski Trampa hədiyyə vəd etdi, o isə şəxsi nömrəsini verdi - "İstədiyin vaxt zəng elə"
Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığında ukraynalı boksçu Oleksandr Usıkın çempionluq kəmərini ona hədiyyə edəcəyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Fevralın 12-də telefon danışığının sonunda Tramp şəxsi nömrəsini Zelenskiyə verib və ona birbaşa zəng edə biləcəyini deyib.
Buna cavab olaraq Zelenski ona Oleksandr Usıkın çempionluq kəmərini verəcəyini vəd edib.
Qeyd edək ki, tanınmış idmançı ötən il Ukraynanın Müstəqillik Günü münasibətilə WBC çempion kəmərini Zelenskiyə hədiyyə etmişdi.
Xatirə SADİQ
boksçu Oleksandr Usıkın Zelenski ilə