"Zelenskinin gözləri dolmuşdu, yalvarırdılar ki, görüşü bərpa edək" - Trampın müşaviri 

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts sensasion açıqlama ilə çıxış edib.

Mar 2, 2025 - 03:12
Mar 2, 2025 - 03:21
"Zelenskinin gözləri dolmuşdu, yalvarırdılar ki, görüşü bərpa edək" - Trampın müşaviri 

SAVASHMEDİA.az-ın məlumatına görə, o, Zelenskinin Trampla mübahisə edərək danışıqları tərk etməsindən sonra nələrin baş verdiyinə aydınlıq gətirib.

Uolt qeyd edib ki, Zelenskinin gözləri dolubmuş, onun komanda üzvləri isə göz yaşları içində danışıqları bərpa etməyi xahiş ediblər:

"Mübahisədən sonra Ukraynanın Vaşinqtondakı səfiri və Vladimir Zelenskinin müşavirləri gözləri dolmuş halda danışıqları davam etdirməyi xahiş etdilər. Amma bunun faydası yox idi. Zelenski yenə mübahisə etməyə davam edəcəkdi,  çünki o, artıq Vaşinqtonun qeyd-şərtsiz dəstəyinə öyrəşib". 

Mayk Uolts Ukrayna prezidentinin davranışlarının anlaşılmaz olduğunu bildirib: 

"Zelenskinin davranışı tamamilə qəbuledilməz idi. Biz sülhün əldə edilməsi üçün yeni yanaşma tətbiq etməyə yönəlmişik, o isə mübahisə etməyi seçir".

Oğuz