"O, səsini kəssin..." - Ərdoğanın müşaviri İmamoğluya görə qəzəbləndi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Ayhan Oğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Bülent Arınçı Əkrəm İmamoğluya görə təhqir edib.
SAVASHMEDİA.az xəbər verir ki, xəbər proqramlarından birinə qatılan Ayhan Oğana Bülent Arınçın “İmamoğlu mart ayından bəri həbsxanadadır, lakin hələ də mühakimə olunmayıb, insanlar bunun tələ olduğunu düşünə bilər, tezliklə mühakimə olunmalıdır” fikri xatırladılıb və “Sizcə də, proses çox uzun çəkmirmi? sualı verilib.
Oğan isə Arınçın bu fikrinə sərt reaksiya verib:
“Bülent Arınç səsini kəssin, bu daha yaxşı olar. Ona qalsa, biz bütün cinayətkarları sərbəst buraxmalıyıq”.
Qeyd edək ki, Bülent Arınç 2002-2007-ci illərdə TBMM sədri olub. O, eyni zamanda AKP-nin qurucularındandır.
Banu