"Putin Ukraynadan sonra bu ölkəyə hücum edəcək, onu dayandırmalıyıq" - Makron
Fransa lideri Emmanuel Makron Vladimir Putinin Ukraynadan sonra hədəfə alacağı ölkələrin adlarını açıqlayıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Makron Putinin təcili olaraq dayandırılmasının vacibliyini vurğulayıb:
“Onun növbəti hədəfi Moldovadır, sonra isə Rumıniya ilə bağlı planlar qura bilər. Rusiya həddən artıq silahlanmış və bizim sərhədlərimizdə fəaliyyət göstərən təcavüzkar dövlətdir. Həm Avropada, həm də Fransada terror aktları və genişmiqyaslı dezinformasiya kampaniyaları həyata keçirir. Risklər yüksəkdir, təhlükəsizliyimiz risk altındadır".
O, Putini Üçüncü Dünya Müharibəsini tətikləməkdə ittiham edib:
"Üç il əvvəl aqressiyaya o başlayıb. Kreml Şimali Koreyanın 10 min əsgərini Avropaya gətirib. O, İrandan pilotsuz təyyarələr almaq üçün yalvarır, onun nüvə proqramını inkişaf etdirməyə kömək edir. Bu, isə Avropa qitəsində müharibə təhdidir”.
Oğuz