Zelenskinin yüksək vəzifə verdiyi azərbaycanlı kimdir? - Əslən Şəmkirdəndir + FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbərliyində dəyişiklik edib.

Jan 1, 2025 - 12:01
Zelenskinin yüksək vəzifə verdiyi azərbaycanlı kimdir? - Əslən Şəmkirdəndir + FOTO

SAVASHMEDİA.az verir ki, 21 oktyabr 2022-ci ildən bu vəzifəni icra edən general-polkovnik Sergey Popko işdən azad olunub. Onun yerinə əslən azərbaycanlı olan Timur Tkaçenko (Timur Firudin oğlu Məmmədov) təyin edilib.

Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Prezident Administrasiyasının dərc etdiyi məlumata əsasən, Timur Tkaçenko Kiyev Şəhər Hərbi Administrasiyasının yeni rəhbəri təyin olunub. Daha əvvəl o, İcma və Ərazilərin İnkişafı nazirinin müavini vəzifəsində çalışırdı.

31 dekabr tarixində yayılan hökumət məlumatına görə, Nazirlər Kabineti Timur Tkaçenkonun əvvəlki vəzifəsindən azad olunması ilə bağlı qərar qəbul etmişdi. 

Timur Tkaçenko 2023-cü ilin avqust ayında Strateji Sənaye Sahələri Nazirliyində nazir müavini vəzifəsində çalışıb. 2024-cü ilin sentyabr ayında isə o, İcma və Ərazilərin İnkişafı nazirinin müavini təyin olunub. Bundan əvvəl o, Kiyev Şəhər Dövlət Administrasiyasında işləyərək şəhərin Ərazi Nəzarəti Departamentinin direktoru vəzifəsini icra edib.

Oğuz

Timur Tkaçenko