Zurabişvili İvanaşvili ilə görüşə gedir - Yeni seçkilər təyin olunacaq?

Gürcüstan prezidenti Salome Zurabişvili yeni parlament seçkilərini müzakirə etmək üçün “Gürcü Arzusu”nun yaradıcısı və fəxri sədri Bidzina İvanişvili ilə görüşməyə hazırdır. 

Dec 22, 2024 - 16:00
Zurabişvili İvanaşvili ilə görüşə gedir - Yeni seçkilər təyin olunacaq?

SAVASHMEDİA.az Gürcüstan mətbuatına istinadla bildirir ki, Zurabişvili istənilən vaxt görüşməyə hazır olduğunu deyib:

Şəxsən mən o nə vaxt istəsə görüşməyə hazıram. Bilirəm ki, xaricdən çoxları gəlib ona təzyiq göstərəcək. Amma yeni seçkilər təyin edilməlidir".

Zurabişvili vurğulayıb ki, hakimiyyətin əleyhdarları öz tələblərinə nail olmaq üçün mübarizənin yeni mərhələsinə keçir və “bütün istiqamətlərdə hücuma keçəcəklər”. 

“Çox vaxt qalmayıb. “Gürcü arzusu” bizi tezliklə Rusiya rejiminə keçirmək üçün yeni qanunlar qəbul etməyə çalışır. Biz buna imkan verməyəcəyik”, - deyə Gürcüstan prezidenti bildirib.

Zurabişvilinin tələbi ATƏT/DTİHB-nin parlament seçkiləri ilə bağlı yekun rəyinin dərcindən sonra açıqlanıb. Müxalifət hesabatı "görünməmiş dərəcədə mənfi" adlandırıb. Təşkilat belə qənaətə gəlib ki, “çoxsaylı problemlər seçkinin bütövlüyünə mənfi təsir göstərib və ictimaiyyətin prosesə etimadını sarsıdıb”. 

Oğuz