Zurabişvilidən Kobaxidzenin "pensiyaya çıxacaq" sözlərinə sərt cavab
Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir İrakli Kobaxidzenin onunla bağlı "pensiyaya çıxmalıdır" açıqlamasına cavab verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, baş nazir İrakli Kobaxidze Salome Zurabişvilinin səlahiyyət müddətinin 29 dekabrda başa çatdığını xatırladaraq, onun vəzifəsi ilə vidalaşmalı olduğunu bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili isə dekabrın 29-da mandatı başa çatdıqdan sonra da prezident sarayını tərk etməyəcəyini növbəti dəfə bəyan edib.
“Heç yerə getməyəcəyəm. İnsanlar son vaxtlar məndən yalnız bu barədə soruşurlar, onlara bir daha səslənirəm: burada qalacağam”, - Zurabişvili televiziya çıxışında bildirib.
Gürcüstanın hazırkı prezidenti dekabrın 14-nə təyin edilmiş prezident seçkilərini “parodiya” adlandırıb.
Xatırladırıq ki, seçkilər bu gün Tbilisi vaxtı ilə saat 09:00-da parlament binasında başlayıb. İlk dəfə olaraq dövlət başçısını Gürcüstan əhalisi deyil, Bidzina İvanişvilinin təsisçisi və fəxri sədri olduğu hakim "Gürcü arzusu"nun mandatların əksəriyyətinə sahib olduğu birgə seçici şurası seçəcək.
Yağmur