“10 noyabr 10 noyabrda qaldı” - Paşinyan Putini "ofsayt"a saldı

Ermənistan Baş naziri Nikol Paşinyan son bəyanatı ilə gündəmi silkələməyi bacarıb.

Aug 28, 2025 - 15:49
“10 noyabr 10 noyabrda qaldı” - Paşinyan Putini "ofsayt"a saldı

SAVASHMEDİA.az xəbər verir ki, o,  Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü elan.

Nikol Paşinyanın sözlərinə görə, noyabrın 10-na qayıtmağa ehtiyac yoxdur: “10 noyabr 10 noyabrda qaldı”.

Xatırladaq ki, tarixə 10 noyabr üçtərəfli Bəyanatı kimi düşən sənəd Azərbaycanla Ermənistan arasında 44 günlük hərbi əməliyyatların dayanmasını təmin etmişdi.

Paşinyanın rəsmi şəkildə 10 noyabr razılaşmasından imtinası isə həm tərəflər arasında Vaşinqtonda imzalanmış sənədlərlə bağlıdır, həm də baş nazir bu mövqeyi ilə Rusiyanı oyundankənar vəziyyətə salmaq niyyətini gizlətməyib.

Rusiya Paşinyanın son bəyanatını şərh etməyib.

Oğuz