Türkiyədə klub prezidenti kafedə güllələndi - ANBAAN VİDEO

Türkiyədə Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç İstanbulun Çekmeköy rayonundakı kafelərdən birində güllələnib. 

Aug 28, 2025 - 16:06
Türkiyədə klub prezidenti kafedə güllələndi - ANBAAN VİDEO

SAVASHMEDİA.az unikal- a istinadən xəbər verir ki, klub prezidenti yemək yediyi zaman naməlum şəxs ona yaxınlaşaraq atəş açıb. Başından güllə yarası alan Meriç xəstəxanaya aparılsa da, dünyasını dəyişib. 

Polis qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb. Hücum anı təhlükəsizlik kamerasına düşüb.