100 yaşlı sakinlərə 10 min lari veriləcək – Tiflis meri
Tiflis meriyası 100 yaşı tamam olan paytaxt sakinlərinə birdəfəlik yardımın məbləğini 10 dəfə artıraraq 10.000 lariyə çatdırıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Tiflis meri Kaxa Kaladze məlumat verib.
Onun sözlərinə görə, bundan öncə meriya 100 illik yibileylə bağlı min lari verirdi. Ötən il Tiflisdə 57 uzunömürlü pensiyaçı belə hədiyyə alıb.
Qeyd edək ki, 100 yaşına çatmış və son bir ildə paytaxtda qeydiyyatda olan Tiflis sakinləri birdəfəlik müavinət almaq hüququna malikdirlər.
10 min lari (təxminən 3,5 min dollar) iki illik pensiyaya bərabərdir. İndi 70 yaşdan yuxarı insanların pensiyası ayda 450 lari (təxminən 160 dollar) təşkil edir.
Necə deyərlər, ölmə …. yaz gələr, yonca bitər!
Xatirə SADİQ