7 ildir həbsxanada olan Adnan Oktar tanınmaz halda – YENİ FOTO
Səkkiz min ildən çox həbs cəzası verilən Adnan Oktarın həbsxanadan yeni şəkli yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Oktarın fotosunu vəkili yayıb.
Vəkil bildirib ki, A.Oktarın səhhətində heç bir problem yoxdur. Hətta o, 7 ildir həbsdə olmasına baxmayaraq, indi daha gümrah və sağlamdır, idmanla məşğul olur, özünə yaxşı baxır, yaddaşında heç bir zəiflik yaranmayıb, ürəyi və ürək damarları saat kimi işləyir, hətta əzələ də yığıb.
Qeyd edək ki, Adnan Oktar ötən il "cinayət təşkilatı yaratmaq və idarə etmək", "təhsil almağa mane olmaq" kimi ittihamlarla mühkimə olunub və ona 8463 il 4 ay həbs cəzası verilib.
Banu
Fotoda: Adnan Oktar