“Ukrayna üçün “Patriot” artıq müttəfiqlərə göndərilir” – Donald Tramp
ABŞ prezidenti Donald Trampın hakimiyyəti dövründə Ukrayna üçün nəzərdə tutulan ilk “Patriot” raketləri artıq müttəfiqlərə göndərilir.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Tramp bildirib.
“Onları (“Patriot” – red.) artıq göndərirlər”, - deyə ABŞ prezidenti vurğulayb.
O, raketlərin Almaniyadan daxil olacağına aydınlıq gətirib: “Onlar Almaniyadan daxil olurlar, sonra isə Almaniya ilə əvəzlənirlər. Və bütün hallarda ABŞ tam ödəniş alır. Biz həmişə pulumuzu tam həcmdə geri alırıq”.
Tramp həmçinin deyib ki, iyulun 14-dən, yəni Ukraynaya müxtəlif növ silahlar, o cümlədən “Patriot”lar göndərmək niyyətində olduğunu təsdiqləyəndən sonra Rusiya prezidenti Vladimir Putinlə danışmayıb.
Xatırladaq ki, iyulun 14-də Donald Tramp yenidən Rusiyanın davranışından narazılığını bildirib və 50 gün ərzində sülh razılaşması əldə olunmayacağı təqdirdə ölkəsinin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyini bildirib.
Tramp həmçinin yaxın vaxtlarda Ukraynaya 17-yə qədər “Patriot” zenit-raket kompleksinin təhvil veriləcəyini söyləyib.
Xatirə SADİQ