Meyxanaçı Vüqar üzündəki çapıqdan DANIŞDI - İLK DƏFƏ

Meyxanaçı Vüqar Əbdülov aktyorluq fakültəsini oxusa da, meyxanaçı olmasından danışıb. 

Mar 28, 2026 - 16:18
Meyxanaçı Vüqar üzündəki çapıqdan DANIŞDI - İLK DƏFƏ

SAVASHMEDİA.az xəbər verir ki, "Künc-bucaq" yutub layihəsində iştirak edən Vüqar Əbdülov meyxanaya məcburiyyət qarşısında gəldiyini deyib.

O bildirib ki, avtomobil qəzasından sonra üzündə yaranan çapığa görə aktyorluq sənəti ilə vidalaşmalı olub:

"O vaxt meyxana heç ağlımdan da keçmirdi, aktyor olmaq arzusu ilə universitetə daxil oldum. Qrup yoldaşlarım arasında Əməkdar, Xalq artistləri var. Onlar da heyfslənirlər ki, kaş onların sırasında olardım. Avtomobil qəzasına düşdüm, üzüm deformasiyaya uöğradı. Məcburiyyət qarşısında qalaraq meyxanaya üstünlük verdim. Düşündüm ki, aktyorluq üçün üzüm uyğun deyil". 

Aytən