ABŞ-nin 50 ştatında Tramp əleyhinə aksiyalar BAŞLAYIR
Şənbə günü ABŞ-nin bütün ərazilərində prezident Donald Tramp və onun administrasiyasının yürütdüyü siyasətə qarşı minlərlə etiraz aksiyasının keçirilməsi gözlənilir.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"No Kings" (Krallara Yox) hərəkatının təşkilatçıları ölkənin bütün 50 ştatında 3200-dən çox mitinqin baş tutacağını proqnozlaşdırırlar.
Gözlənilən nümayişlər ABŞ tarixində bir gün ərzində keçirilən ən böyük etiraz aksiyası ola bilər.
"Reuters"in qeyd etdiyi kimi, "No Kings" hərəkatının bundan əvvəlki iki aksiyasında 4 milyondan 6 milyona qədər insan iştirak edib. Hazırkı etiraz dalğasının miqyasına görə əvvəlkiləri üstələyəcəyi istisna edilmir.