"Məhəmməd bin Salman dalımı öpür" - Trampdan 18+ ÇIXIŞ + VİDEO
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı təhqir edib.
SAVASHMEDİA.az xəbər verir ki, Donald Tramp Səudiyyə Ərəbistanı krallığının dəstəyi ilə Mayamidə keçirilən Gələcək İnvestisiya Təşəbbüsü forumunda çıxış edib.
Bu zaman şahzadə ilə münasibətləri barədə danışan ABŞ lideri Məhəmməd bin Salman barədə xoşagəlməz fikirlər səsləndirib:
“Bir müddət əvvəl biz birlikdə olanda o, mənə dedi ki, bu, heyrətamizdir. Siz bir il əvvəl ölü ölkə idiniz. İndi isə sizin ölkəniz yüksəlib, dünyanın ən diqqətçəkən ölkəsisiniz. O, bunun baş verəcəyini düşünmürdü. O, mənim dalımı öpməli olacağını düşünmürdü. Həqiqətən, düşünmürdü. O, düşünürdü ki, mən də başqa Amerika prezidentləri kimi zəif və uğursuz olacağam. İndi o, mənə yaxşı davranmalıdır. Ona çatdırın ki, mənə mehriban davransa, onun üçün yaxşı olar. O, buna məcburdur”.
Qeyd edək ki, Donald Tramp bir neçə gün öncəki çıxışında şahzadə Salmanı “cəsur döyüşçü” adlandırmış və Səudiyyə Ərəbistanının ABŞ ilə eyni cəbhədə vuruşduğunu bildirmişdi.
Banu