73 yaşlı Fransua Bayru baş nazir təyin edildi – Fransada

Fransa prezidenti Emmanuel Makron mərkəzçi “Demokratik Hərəkat” partiyasının lideri və Po şəhərinin başçısı Fransua Bayrunu baş nazir təyin edib.

Dec 13, 2024 - 17:12
73 yaşlı Fransua Bayru baş nazir təyin edildi – Fransada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Yelisey Sarayına istinadən BFMTV məlumat yayıb.

Bayrunun 73 yaşı var. O, 2017-2019-cu illərdə ədliyyə naziri, 1990-cı illərdə isə təhsil naziri vəzifələrində çalışıb.

Xatırladaq ki, dekabrın 4-də parlament əvvəlki baş nazir Mişel Barnyenin hökumətinə etimadsızlıq göstərdiyindən Makron kabinetin istefasını qəbul edib. 

Xatirə SADİQ