ABŞ Çinin cavab rüsumlarını “uduzulmuş seçim” adlandırdı 

“Çinin ABŞ-a qarşı 84%-lik cavab rüsumları tətbiq etmək qərarı Pekin üçün uğursuz və uduzulmuş seçimdir”.

Apr 9, 2025 - 16:47
ABŞ Çinin cavab rüsumlarını “uduzulmuş seçim” adlandırdı 

SAVASHNMEDİA.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Scott Bessent Fox News telekanalına açıqlamasında deyib.

“Hesab edirəm ki, çinlilərin həqiqətən gəlib danışıqlar aparmaq istəməməsi təəssüf doğurur. Çünki onlar beynəlxalq ticarət sistemində ən əsas pozuculardır. Onlar müasir dünya tarixində ən balanssız iqtisadiyyata malikdirlər”, - deyə Bessent iddia edib.

ABŞ maliyyə naziri Çin səhmlərinin ABŞ birjalarından çıxarılmasının mümkünlüyünü istisna etməyib. O, bildirib ki, bütün variantlar nəzərdən keçirilir və Pekinə yeni tariflərə cavab olaraq öz valyutasını devalvasiya cəhdi ilə əlaqədar xəbərdarlıq edib.

"Əgər Çin devalvasiyaya başlasa, bu, dünyanın qalan hissəsi üçün vergiyə çevriləcək və hər kəs devalvasiyanı kompensasiya etmək üçün öz tariflərini artırmağa davam etməli olacaq. Ona görə də mən onları bunu etməməyə və danışıqlar masasına oturmağa çağırardım”, - deyə Bessent əlavə edib.

Xatirə SADİQ