ABŞ dövlət katibi Lavrova zəng etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyi çıxış edib.
Rusiya XİN söhbətin Vaşinqtonun təşəbbüsü ilə baş tutduğunu bildirib.
“Amerika tərəfinin təşəbbüsü ilə iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında telefon danışığı olub”, - nazirlikdən bildirilib.
Oğuz