"ABŞ Ukraynanı təkləyib, amma tək də bacaracaqlar" - Kallas

Noyabrın 30-da ABŞ və Ukrayna arasında keçirilən danışıqlar mürəkkəb, amma məhsuldar olub. Avropanın iştirakı ilə Ukrayna danışıqlarda daha güclü olardı”.

Dec 1, 2025 - 13:05
"ABŞ Ukraynanı təkləyib, amma tək də bacaracaqlar" - Kallas

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Amerikalıların Ukrayna üçün yaxşı bir həll tapacağına inanıb-inanmadığı sualına Kallas qeyd edib ki, ukraynalılar bu danışıqlarda təkdirlər.

“Əgər avropalılarla birlikdə olsaydılar, şübhəsiz ki, daha güclü olardılar. Amma inanıram ki, ukraynalılar özlərini müdafiə edə bilirlər”, - Avropa İttifaqının baş diplomatı vurğulanıb.

Xatırladaq ki, ABŞ bundan əvvəl Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair 28 bənddən ibarət plan təklif edib. Plan Rusiyanın xeyrinə Ukraynadan ciddi güzəştləri nəzərdə tutur.

Aytən