Aİ sabah Ukrayna üçün yeni planı müzakirə edəcək

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri şənbə günü ilk dəfə olaraq Rusiyanın Avropada dondurulmuş 200 milyard avroya yaxın valyuta ehtiyatından əldə edilən gəlirin artırılmasını müzakirə edəcəklər. 

Aug 29, 2025 - 15:17
Aİ sabah Ukrayna üçün yeni planı müzakirə edəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə avropalı məmurlara istinadən Politico nəşri yazıb.

Mənbələr bildiriblər ki, sxemin tərəfdarları bunu potensial olaraq aktivlərin müsadirəsi və Ukraynaya təhvil verilməsi istiqamətində atılan addım kimi, Rusiyanın müharibədən sonra ona dəymiş ziyanı ödəməkdən imtina etməsinin cəzası kimi görürlər.

Hələlik söhbət müsadirədən getmir. Aİ artıq Ukraynaya Rusiya ehtiyatlarının investisiyalarından gəlir ödəyir. Yeni sxem onların Euroclear depozitarından vəsaitləri yeni struktura köçürülməsini nəzərdə tutur. 

Politico xəbər verir ki, şənbə günü görüş üçün hazırlanan sənədə görə, nazirlər “Rusiyanın immobilizasiya edilmiş suveren aktivlərindən əldə edilən gəlirdən istifadənin yeni variantlarına” baxmalıdırlar.

Aİ məmuru bildirib ki, Avropa Komissiyasının hüquqşünasları aktivlərin Euroclear-dan xüsusi təyinatlı struktura – Britaniya və Kanada kimi birlik olmayan ölkələr üçün də açıq olacaq fonda köçürülməsini təklif ediblər.

Belə fondun iki üstünlüyü var. Birincisi, bu, Ukrayna tərəfdarlarına Rusiyanın aktivləri üzərində daha çox nəzarət imkanı verir. İndi risk var ki, hansısa ölkə Rusiyaya qarşı sanksiyaları uzatmaqdan imtina edəcək, sonra isə Aİ ehtiyatları Moskvaya qaytarmağa məcbur olacaq. Artıq Macarıstan oxşar təhdidlərdə bulunub.

İkincisi, Euroclear aktivləri yalnız Belçika Mərkəzi Bankı vasitəsilə investisiya edə bilər. Bu bank yalnız ən etibarlı, lakin aşağı gəlirli dövlət istiqrazlarına sərmayə yatırır. Yeni fondun bəyannaməsində investisiya alətlərinin siyahısını genişləndirmək və potensial gəlirləri artırmaq mümkün olacaq.

Xatirə SADİQ