“Avropa hazırdır” – NATO-nun baş katibi

“Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində aparıcı rolu öz üzərinə götürməyə hazırdır”.

Feb 18, 2025 - 11:42
“Avropa hazırdır” – NATO-nun baş katibi

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa liderlərinin Parisdə keçirilən sammitindən sonra NATO-nun baş katibi Mark Rutte “X” sosial şəbəkəsində yazıb. 

“Hazır olmaq və arzu. Bugünkü (dünənki – red.) Paris görüşü ilə bağlı mənim fikrim belədir. Avropa hazırdır və irəliyə addım atmaq istəyir. Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində liderlik etmək”, - deyə NATO-nun baş katibi vurğulayıb.

Onun sözlərinə görə, Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymağa hazırdır.

“Hələ təfərrüatları həll etmək lazımdır, lakin öhdəliklər aydındır”, - deyə Rutte əlavə edib.

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Kit Kelloqun ölkəsinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Avropanı danışıqlar masası arxasında görmədiyini söyləməsindən sonra fevralın 17-də axşam Fransa prezidenti Emmanuel Makron Parisdə təcili sammit çağırıb. 

Sammitdən sonra Makron ukraynalı həmkarı Volodimir Zelenskini nətocələr barədə məlumatlandırıb. 

Xatirə SADİQ