“Bu, hələ müqəddimədir” – Donald Tusk

Polşanın baş naziri Donald Tusk avropalı liderlərin Parisdə keçirilən sammitini qarşıdakı həftələrdə və aylarda baş verəcək hadisələrə “sadə müqəddimə” adlandırıb.

Feb 18, 2025 - 11:49
“Bu, hələ müqəddimədir” – Donald Tusk

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RMF24 telekanalı məlumat yayıb. 

Tusk hesab edir ki, Paris sammitinin bütün iştirakçıları əsas məsələlərdə Polşa ilə həmfikirdirlər.

“Biz başa düşürük ki, belə görüşlər qərarların qəbulu ilə bitmir", - deyə Polşa hökumətinin başçısı bildirib.

Tusk qeyd edib ki,  müttəfilərin əməkdaşlığını gücləndirmək üçün təcili və intensiv işləmək bütün Avropa ölkələrinin mənafeyinə uyğun olduğunu eşitmək xoş olub: “Bu, həm də müharibəni bitirmək üçün mümkün gələcək danışıqlara aiddir”.

Amma Tusk onu da əlavə edib ki, onlarda danışıqların necə davam edəcəyi və Ukraynadakı münaqişənin necə bitəcəyi ilə bağlı 100 faiz zəmanət və ya əminlik yoxdur.

“Bir şeydə 100 faiz əminlik var – Avropa İttifaqı, Britaniya və Norveç kimi müttəfiqlər vəziyyəti effektiv şəkildə sabitləşdirə və Ukraynanın suverenliyini qoruyub saxlamağa kömək edə biləcəklər. Əgər biz Avropa kimi özümüzü təhdidlərdən səmərəli şəkildə müdafiə edə bilsək. Hazırda bu, belə deyil”, - deyə baş nazir yekunlaşdırıb.

Xatirə SADİQ