Ayaz Salayevi "Retro"dan niyə uzaqlaşdırıblar? - Özü DANIŞDI
Kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev "Teleqraf"a müsahibəsində vaxtilə aparıcısı olduğu "Retro" verilişi və həmin layihədən ayrılması ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Ayaz Salayev bildirib ki, üç il davam edən "Retro" verilişi onu geniş auditoriyaya tanıdıb və həyatında mühüm dəyişikliklərə səbəb olub.
Salayev həmçinin verilişdən ayrılmasının səbəblərinə də aydınlıq gətirib. O bildirib ki, aspiranturaya qəbul olunaraq Moskvaya getsə də, bunun arxasında siyasi və ideoloji amillər də dayanırdı.
"Məndən Mərkəzi Komitənin tələblərinə uyğun olaraq burjua cəmiyyətini və kapitalist sistemi tənqid etməyim gözlənilirdi. Düşünmədiyim bir fikri müdafiə etmək və ya sırf ideoloji tələblərə görə səsləndirmək mənim xarakterimə uyğun deyildi."
Aytən