Azərbaycanda İcra Hakimiyyətinin binasında ÖLÜM - FOTO
Mingəçevirdə 34 yaşlı şəxs ölüb.
SAVASHMEDİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mingəçevir Rayon İcra Hakimiyyətinin binasının damında təmir işləri aparan 1991-ci il təvəllüdlü usta, Emil Zakir oğlu Şükürov ehtiyatsızlıqdan yıxılıb.
Nəticədə o, hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən də hadisə ilə bağlı məlumatı təsdiqləyiblər:
"Gənc oğlan idi, dostları da yanında idi. Binanın damından ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Çox təəssüf edirik ki, belə bir hadisə baş verib".