Yunan gəmisinə hücum edildi – Yəmən sahilində

Yəmən sahillərində husilərin Yunanıstan yük gəmisinə hücumü iki ekipaj üzvünün yaralanması, digər ikisinin isə itkin düşməsi ilə nəticələnib.  

Jul 8, 2025 - 15:36
Yunan gəmisinə hücum edildi – Yəmən sahilində

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Hücumun hədəfi Liberiya bayrağı altında üzən və yunan şirkəti tərəfindən idarə olunan “Eternity C” yükdaşıyıcısı olub. Göyərtədə 22 nəfər olub: 21 filippinli və bir rusiyalı, həmçinin silahlı mühafizəçilər.

Gəmi dəniz dronlarından və idarə olunan qayıqlardan atılan reaktiv qumbaraatanlardan istifadə olunmaqla hücuma məruz qalıb. Gəmi ciddi zədələnib və hazırda yana əyilməkdədir. Heyətə gəmini tərk etmək əmri verilsə də, xilasedici qayıqlar məhv edilib.

Xatirə SADİQ