Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi infarktdan öldü - FOTO

May 12, 2025 - 22:58
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi infarktdan öldü - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.

Məlumata görə, bu gün infarkt keçirən S. Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, S. Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. 

Allah rəhmət eləsin!

Fotoda Samir Əliyev hökm oxuyarkən